Azərbaycanda virus yayılır, bu uşaqlar risk altındadır

  • 2022.12.16 16:01
  • 3442 Baxış
Azərbaycanda virus yayılır, bu uşaqlar risk altındadır

Hazırda ölkədə mövsümi kəskin respirator virus infeksiyasına yoluxma hallarına rast gəlinir. Eyni vəziyyət bizi əhatə edən ölkələrdə də müşahidə olunur. Xəstəliyin əksər hallarda yüngül keçməsi, əhalinin həkimə müraciət etməməsi və qeydiyyata alınmaması səbəbindən dəqiq statistika yoxdur.

"Medicina" Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, həkim-infeksionist Təyyar Eyvazov Publika.az-a qrip virusunun təhlükəsi ilə bağlı danışarkən deyib.

"Bir sıra mütəxəssis-ekspertlərin fikrincə, yoluxma hallarının səviyyəsi yanvar ayında azalmağa doğru gedəcək. Xəstəliyin simptomları hərarətin yüksəlməsi, ümumi zəiflik, baş, əzələ, boğaz ağrısı, burun tutulması və ya axması və s. törədicinin növündən asılı olaraq müəyyən qədər fərqlənə bilər, lakin diaqnozun yalnız laborator təsdiqi mümkündür. Mövsümi qrip və respirator virus infeksiyaları üçün fəsadlı gedişin risk qrupuna 5 yaşadək uşaqlar da daxildir. Xüsusən müxtəlif xroniki xəstəliyi olan immundefisitli uşaqlar risk altındadırlar. Valideynlər əlverişsiz nəticələrlə üzləşməmək üçün diqqətli olmalı, xəstəlik əlamətləri olan uşaqları bağçaya, məktəbə buraxmamalı və evdə təcrid edərək həkimə müraciət etəlidirlər".