Azərbaycanda vurulan vaksinlərin ümumi sayı 9 milyona çatır

  • 2021.10.02 16:48
  • 1205 Baxış
Azərbaycanda vurulan vaksinlərin ümumi sayı 9 milyona çatır

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 60 630 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Medicina.az -a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 15 293, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 45 337 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 8 683 990, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 4 794 136, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 3 889 854 təşkil edir.