Cəlilabad rayonunun Albalan kəndində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Medicina.az "Teleqraf"a istinadla xəbər verir ki, "Chevrolet Niva" avtomobili ilə VAZ-2107 avtomobili toqquşub.
Qəza zamanı VAZ-da olan iki nəfərdən biri ağır xəsarət alıb. Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb.
Məlumata görə, "Chevrolet Niva" avtomobili Cəlilabad rayonunun Saatlı kənd sakini, bölgədə tanınmış xanəndə Füzuli Salmanova məxsusdur. Avtomobildə onun ailə üzvləri və azyaşlı övladının da olduğu bildirilir.
MEDİCİNA.AZ