Azərbaycanda yarım milyondan çox şəkər xəstəsi var - Rəşad Mahmudov

  • 12 Noy 2021 16:26
  • 638 Baxış
Azərbaycanda yarım milyondan çox şəkər xəstəsi var -  Rəşad Mahmudov
“Azərbaycanda 600 minə yaxın şəkərli diabetə tutulmuş insan var”.


Medicina.az xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi Tədris Mərkəzinin rəisi Rəşad Mahmudov “14 noyabr – Ümumdünya Diabet Günü”nə həsr edilmiş "Şəkərli diabet xəstəliyinə müasir yanaşma: problemlər və gələcək hədəflər" mövzusunda vebinarda deyib.
R. Mahmudov bildirib ki, 2035-ci ilə qədər dünyada şəkərli diabet xəstələrinin sayı daha da artacaq və bu, müalicə xərclərini də artıracaq: “Ona görə də uşaqlıq dövründən başlayaraq uşaqları bu xəstəliklə mübarizəyə hazırlamalıyıq”.