Azərbaycanın baş pediatrı kimdir?

  • 2023.05.26 14:23
  • 4877 Baxış
Azərbaycanın baş pediatrı kimdir?
Azərbaycanın baş pediatrı vəzifəsinə 2021-cu ildən pediatr Erkin Rəhimov təyin edilib.

“Medicina” xəbər verir ki, o,1983-cü ilin mayında Bakıda anadan olub.

2000-ci ildə Bakı Özəl Türk liseyində orta təhsilini başa vurub.

2001 – 2003 cü illərdə Azərbaycan Tibb Universitetinin “ Müalicə - profilaktika fakültəsində ali təhsilə başlayıb.

2003 -2007 – ci illərdə Türkiyənin İstanbul Universiteti, Cərrahpaşa Tibb fakültəsində Ümumi tibb ixtisası üzrə təhsilini davam etdirib.

2008 -2012 – ci illərdə Türkiyənin İstanbul Universitetində uzmanlıq üzrə “Uşaq sağlamlığı və xəstəlikləri” ixtisası üzərə təhsilini başa vurub.

Pediatr Erkin Rəhimov 2012 – 2014 – cü illərdə Türkiyənin Memorial Hizmet Hastanesində Neonatologiya Şöbəsinin müdiri vəzifəsində çalışıb.

Daha sonra Bakıya qayıdaraq, Baku Medikal Plazada Pediatriya və Neonatologiya, Yenidoğulmuşların Reanimasiyası şöbələrinin müdiri təyin olunub, eyni zamanda ölkənin tanınmış pediatrı kimi məşhurlaşıb.


Erkin Rəhimov hazırda həm reanimasiyada yarımçıq və yeni doğulmuşların müalicəsi ilə məşğul olur, eyni zamanda digər uşaq pasiyentləri qəbul edr.

Baş pediatrın qəbulu 80 AZN-dir.

Erkin Rəhimov uşaqların və yenidoğulmuşların peyvəndinin əsas təbliğatçılarındadır.

Baş pediatrın çıxışlarından bəzi məsləhətləri təqdim edirik:

“Pandemiya dönəmindən uşaqların Milli Peyvənd Təqviminə əsasən, peyvəndlənməsi zəifləyib:
dönəmdə xəstəliyi olan uşaqların peyvənd olunmasına daha az rast gəlinir. Demək olar ki, yalnız sağlam uşaqlar peyvənd olunurlar. Lakin valideynlər bilməlidir ki, əgər peyvəndlər vaxtında vurulmazsa, uşaqlar arasında koronavirusdan daha təhlükəli hesab edilən göyöskürək, qızılca, tetanus və digər xəstəliklərin yayılma ehtimalı arta bilər.

Canlı peyvəndlər, sadəcə immuniteti zəif olan uşaqlar üçün qadağandır. Misal üçün, xərçəngdən və ya birincili və ikincili immunitet azlığı xəstəliklərindən əziyyət çəkənlər üçün təhlükəlidir. Cansız peyvəndlərin tətbiqi üçün isə əks-göstərişlər, ümumiyyətlə, məhduddur”.


“Bəzən valideynlər həkim tövsiyəsi olmadan övladlarına müxtəlif vitamin preparatları içirdirlər. Son dövrlərdə isə uşaqlara xüsusilə kalsium verilməsi dəb halını alıb. Lakin unutmaq olmaz ki, həkim yoxlanışı olmadan dərman qəbulu yolverilməzdir. Xüsusilə qan analizləri verilmədən uşağa adi vitamin preparatı belə verilməməlidir. Nəzərə almaq lazımdır ki, dərmanın faydalı olması üçün onun bədəndən sovrulması mütləqdir. Misal üçün, orqanizmdə vitamin B12 çatışmazlığı olan zaman dərman sovrulması baş vermir. Bu kimi halları da nəzərə alaraq həkim məsləhəti almaq vacibdir”.

Aygün Musayeva