Azərbaycanın ilk autoimmun laboratoriyası hardadır?

  • 2025.12.19 18:24
  • 61 Baxış
Azərbaycanın ilk autoimmun laboratoriyası  hardadır?



"Hazırda beş tibb müəssisəsində PZR laboratoriyaları fəaliyyət göstərir".

Medicina.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İcraçı direktoru Vüqar Qurbanov TƏBİB-in 2025-ci ilin yekunlarına və gələcək planlara dair brifinqində deyib.

O bildirib ki, TƏBİB-in tabeliyindəki tibb müəssisələrində laborator xidmətlərin keyfiyyətinin artırılması və müasir standartlara uyğun təşkili məqsədilə laboratoriyaların yenidən qurulması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.

İcraçı direktor qeyd edib ki, laboratoriya xidmətlərinin yenidən təşkili Bakı şəhərindəki 12 müəssisədə həyata keçirilib:

"Hemofiliya dövlət proqramı çərçivəsində isə 25 adda laborator xidmət ölkədə ilk dəfə tam avtomatlaşdırılmış sistem vasitəsilə icra olunur. O cümlədən Ağciyər Xəstəlikləri Mərkəzində vərəm diaqnostikası üzrə "Genexpert" testləri tətbiq edilir və bu çərçivədə 11 200 test icra olunub.

Ölkədə ilk dəfə autoimmun laboratoriyası yaradılıb. Hazırda bu laboratoriya Mərkəzi Neftçilər Xəstəxanasında tam fəaliyyət göstərir, "Yeni Klinika" və Respublika Pediatriya Mərkəzində isə qurulma mərhələsindədir.

Bununla yanaşı, molekulyar mikrobioloji laboratoriyalar (PZR) tibb müəssisələrində yenidən qurulub. Hazırda beş müəssisədə PZR laboratoriyaları fəaliyyət göstərir və testlərin yerində icrası təmin olunur.

MEDİCİNA.AZ