Azərbaycanın işğal altındakı ərazilərində koronavirusa yoluxanların sayı artıb

  • 2020.09.21 19:15
  • 1190 Baxış
Azərbaycanın işğal altındakı ərazilərində koronavirusa yoluxanların sayı artıb
Azərbaycanın işğal altında olan ərazilərində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların ümumi sayı 367 nəfərə çatıb.

Dağlıq Qarabağda son sutkada 4 yeni yoluxma faktı qeydə alınıb.

İndiyədək infeksiyaya yoluxanlardan 320 nəfər sağalıb, 45 nəfərin müalicəsi davam edir. 4 nəfərin vəziyyəti ağır, 5 nəfərin vəziyyəti isə orta ağırdır. 84 nəfər karantindədir.

İndiyədək analiz nəticəsi pozitiv çıxan iki nəfər ölüb. Lakin onların digər xəstəliklərdən öldüyü bildirilir.