Azərbaycanın tanınmış ürək cərrahının 50 yaşı tamam oldu

  • 2024.01.17 19:30
  • 2157 Baxış
Azərbaycanın tanınmış  ürək cərrahının  50 yaşı tamam oldu
Azərbaycanın ürək-damar cərrahı, tibb üzrə elmlər doktoru, əməkdar həkim Rəşad Mahmudovun 50 yaşı tamam olur.


“Medicina” xəbər verir ki, o, 18 yanvar, 1974-cü ildə Astarada anadan olub.

Tibb üzrə ali təhsilini Türkiyədə alıb.

1997–2003-cü illərdə Ege Universitetinin ürək-damar cərrahiyəsi Elmi Mərkəzinin doktoranturasında oxuyub.

2006-cı ildə Ali Attestasiya Komisiyası tərəfindən namizədlik dissertasiyası müdafiə edərək Tibb elmləri namizədi, 2007–2015-ci illərdə isə Ali Attestasiya Komisiyası tərəfindən doktorluq dissertasiyası müdafiə edərək Tibb üzrə Elmlər Doktoru alimlik dərəcəsi almışdır.


Uzun müddət Türkiyədə çalışdıqdan sonra 2005–2017-ci illərdə Mərkəzi Neftçilər Xəstəxanasının Ürək-damar cərrahiyəsi şöbəsinin müdiri və ürək-damar cərrahı, 2017–2018-ci illərdə isə Respublika Müalicəvi Diaqnostika Mərkəzində Elmi Tədqiqat işləri üzrə direktor müavini vəzifəsində işləmişdir.

2018-ci ildən Mərkəzi Gömrük Hospitalında Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi vəzifəsində işləyir.

28.12.2006-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Tərəqqi medalı" ilə təltif olunmuşdur.

16.06.2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Əməkdar Həkim" fəxri adı ilə təltif olunmuşdur.

2019-cu ildə Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" medalı ilə təltif olunmuşdur.

2015-ci ildən Milli Məclisin üzvüdür.

Rəşad Mahmudov həm uşaqlar, həm də yaşlılar üzərində yüzlərlə ürək-damar əməliyyatını uğurla icra edib.

Əsrin yarısını geridə qoyan həkimi təbrik edir, uğurlu həyat yolu arzu edirik.

Medicina.az