Azərbaycanlı alim vəfat etdi

  • 2021.12.29 15:54
  • 11435 Baxış
Azərbaycanlı alim vəfat etdi

Görkəmli kimyaçı alim, Azərbaycan Milli Elmlər Akademiyasının M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun Biometrik katalizatorlar üçün üzvi liqadların sintezi laboratoriyasının rəhbəri, kimya elmləri doktoru, professor Sərdar Zeynalov bu gün vəfat edib.

Sərdar Bahadur oğlu Zeynalov 1952-ci il fevralın 2-də Bakı şəhərində anadan olub.

S.Zeynalov 200-dən çox elmi əsərin, o cümlədən 6 kitabın, 25 müəlliflik şəhadətnaməsi və patentin müəllifi idi. Onun rəhbərliyi ilə 7 fəlsəfə, 1 elmlər doktoru hazırlanıb.