Azərbaycanlı gənc bəstəkar vəfat etdi

  • 06 May 2022 14:17
  • 987 Baxış
Azərbaycanlı gənc bəstəkar vəfat etdi

Azərbaycanlı söz yazarı və bəstəkar Sahilə Qurbanova qəfil vəfat edib.

Bakupost.az xəbər verir ki, bu haqda müğənni Nərmin Kərimbəyova sosial şəbəkə hesabında məlumat paylaşıb:

"Ötən gecə "Mənə zaman ver" adlı mahnının müəllifi Sahilə dünyasını dəyişib. Vallah, bilmirəm nə deyim. Gənc istedada "Allah rəhmət etsin" kəlməsi heç yaraşmır. Balaların yetim qaldı, çox heyif səndən".

Onun uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkdiyi bildirilir.

Qeyd edək ki, mərhumun iki övladı var. O, eyni zamanda Dövlət Sosial Müdafiə Fondunun əməkdaşı imiş.
Azərbaycanlı gənc bəstəkar vəfat etdi