Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Azərbaycanlı jurnalist vəfat etdi

  • 2025.07.10 19:48
  • 286 Baxış
Azərbaycanlı jurnalist vəfat etdi


Hərbi jurnalist Gülbəniz Arifqızı vəfat edib.

"Medicina" xəbər verir ki, o, onkoloji xəstəlikdən sonra dünyasını dəyişib.

Gülbəniz Arifqızı 1991-ci ildən hərbi jurnalist olaraq Füzuli, Beyləqan, Ağdam, Cəbrayıl, Qubadlı, Xocavənd rayonlarında xidmət edib və "Ön cəbhəyə doğru" və "Ana" proqramlarında əsgərlərdən səsli müsahibələr hazırlayıb. 1992-ci ildən "Ordu" qəzeti və "Ədalət" qəzeti ilə əməkdaşlıq edib.

O, 1997-ci ildən ABŞ-də yaşayıb. Orada Azərbaycan Amerika Qadınlar Cəmiyyətini yaradıb.