ABŞ-nin Kaliforniya ştatında yaşayan Azərbaycan vətəndaşı Sevindik Hüseynov ABŞ dövlətinə qarşı 137 milyon dollarlıq tibbi sığorta fırıldağında ittiham olunaraq saxlanılıb.
"Medicina" xəbər verir ki, Sevindik Hüseynov adlı vətəndaş saxta tibbi xidmət sənədləri, təqdimatlar, göndərişlər və fakturalar vasitəsilə ABŞ-nin sağlamlıq sistemindən külli miqdarda vəsait mənimsəyib.
Hüseynov ölkəni tərk etməyə çalışarkən saxlanılıb.