5 yaşlı uşaq dayısını şikayət etdi – Polis “dayını” görəndə şoka düşdü

  • 2026.10.07 20:27
  • 353 Baxış
5 yaşlı uşaq dayısını şikayət etdi  – Polis “dayını” görəndə şoka düşdü


ABŞ-da qaynar xəttə zəng vuran 5 yaşlı uşaq dayısından şikayət edib.

O, dayısının onu itələyib yıxdığını və əzdiyi barədə həyəcanla məlumat verib.


Medicina.az xəbər verir ki, hadisə yerinə gələn polis zabiti dayını görəndə şoka düşüb. Belə ki, 5 yaşlının şikayət etdiyi dayının da 8 yaşı olduğu məlum olub. Doğma dayı bacısı oğlundan cəmi 3 yaş böyük idi.


İfadəsində “dayı” Rafael etiraf edib ki, o, Qabrieli ləng getdiyi üçün itələyib.
İş bağlanıb, hər iki tərəf barışıb.

Aygün Musayeva