Badamın faydaları – Gündə 4 ədəd yesəz...

  • 2023.03.06 15:22
  • 3253 Baxış
Badamın faydaları  – Gündə 4 ədəd yesəz...
Əgər hər gün 4 ədəd badam yesəniz, nəticəsinə özünüzə heyran qalacaqsınız.


“Medicina” xəbər verir ki, badamın tərkibində B vitaminləri qrupu ( B1, B2, B3, B4, B5, B6 ,B9) və E vitamini var.


Badam ürək və qan damarları üçün faydalıdır, tərkibində çoxlu doymamış yağlar, amin turşular, minerallar və E vitamini ilə aktivləşdirilən bitki flavonoidləri ilə zəngindir.

Fındıq və paxlalılar pəhrizin əvəzsiz tərkib hissəsidir, onlar sizi enerji və sağlamlıqla doldurur.

Gündə cəmi 4 qoz-fındıq yeyirsinizsə, nəinki fiziki vəziyyətinizi yaxşılaşdıracaqsınız, həm də gün ərzində gümrah saxlayacaq.

Ürək xəstəliyinin qarşısı alınmasında badamın öz əhəmiyyəti var. Badamın tərkibindəki maqnezium, kalium, mis və əsas yağ turşuları ürəyin normal fəaliyyətini dəstəkləyir. Ürək-damar xəstəlikləri riskini azaltmaq və yüksək xolesterol səviyyələrini normallaşdırır.

Dərinin cavan qalmasına vitamin E təsir edir. dərinin qocalmasının qarşısını alır və tonunu bərabərləşdirir. Bu, kollagenin istehsalında iştirak edən marqaneslə bağlıdır .

Badam yuxunu normallaşdırır. Əhval – ruhiyyəni yüksək saxlayır. Həmçinin həzm prosesini normallaşdırır. Mədə-bağırsaq traktında baş verən toksik prosesləri azaldır.

Günay Quliyeva