Badımcan yemək öd kisəsində daş əmələ gətirir?

  • 2023.10.05 18:59
  • 2948 Baxış
Badımcan yemək öd kisəsində daş əmələ gətirir?

Bir çox insanlara badımcan yemək olmaz. Bu tərəvəz öd daşı xəstəliyi riskini artıra bilər.

“Medicina”xəbər verir ki, həkim Veronika Qusakova hansı hallarda badımcandan imtina etməli olduğumuzu açıqlayıb.


“Badımcanda çox miqdarda oksalat maddəsi var, bu isə həm böyrək, həm öd kisəsi daşlarının tərkib hissəsidir. Ona görə daş xəstəliyi olanlara badımcan tövsiyə edilmir.

Eləcə də badımcan digər xəstəliklərdə də əks –göstərişdir. Bunlara psoriaz, böyrək xəstəlikləri, artrit, podaqra daxildir.

Badımcan qalxanvari vəzinin funksiyasına da təsir edir. Əgər insanda zob xəstəliyi varsa, həkimlə məsləhətləşməli, kəskin mərhələdə badımcandan imtina edilməlidir.

Təzyiq dərmanları içənlər üçün də bu tərəvəz yol verilmir.

Qalan digər hallarda badımcan faydalıdır, vitamin mənbəyidir, hüceyrələri sərbəst radikallardan təmizləyir”.

Aygün Musayeva