"Bağçalar bağlansaydı, daha yaxşı olardı" - Virusoloq

  • 2021.04.05 16:10
  • 1310 Baxış
"Bağçalar bağlansaydı, daha yaxşı olardı" -  Virusoloq

"Bağçalar bağlansaydı, daha yaxşı olardı”.

Medicina.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Azərbaycan Tibb Universitetinin Yoluxucu Xəstəliklər kafedrasının əməkdaşı, tibb üzrə fəlsəfə doktoru Vüqar Cavadzadə deyib.




Onun sözlərinə görə, bağçalarda virusu uşaqlar asanlıqla bir-birinə keçirdə bilər:

"Kiçik yaşlı uşaqlarda bir o qədər də təhlükə yoxdur. 10 yaşına kimi uşaqlar koronavirusu ağır keçirmirlər. Amma uşaqlar bağcada bir-birindən virusa yoluxa bilərlər. Nəticədə uşaqlar virusu valideynlərinə və digər ailə üzvlərinə yaya bilərlər”.