Bağırsaq əməliyyatı keçirmiş 10 aylıq körpə öldü

  • 2024.01.22 15:53
  • 726 Baxış
Bağırsaq əməliyyatı keçirmiş 10 aylıq    körpə öldü
Gəncədə 10 aylıq körpə xəstəxanada ölüb.


"Medicina" xəbər verir ki, 2023-cü il təvəllüdlü körpə 21.01.2024-cü il tarixində saat 2:29-da ağır vəziyyətdə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına Xəstəxanaya gətirilib:

“Tibb müəssisəsinin Uşaq İntensiv Terapiya Bölməsinə yerləşdirilən körpəyə dəqiqləşdirilməmiş bağırsaq infeksiyası və sancı diaqnozu qoyulub. Həkimlərin bütün səylərinə baxmayaraq, saat 15:30-da vəfat edib”.


A.Yusibova bir müddət əvvəl Sumqayıtda bağırsaqlarından əməliyyat edilibmiş.