Bağırsaq pozulması DİSBAKTERİOZ - Koronavirusdan sonra da olur

  • 2020.11.06 14:15
  • 6135 Baxış
Bağırsaq pozulması DİSBAKTERİOZ  - Koronavirusdan sonra da olur

Disbakterioz – bağırsaq təbii mikroflorasının pozulması, zərərli bakteriya və mikroorqanizmlərin çoxalmasıdır.
Pozulamalar uşaqdan böyüyə hər kəsdə çox rast gəlinir.


Səbəbləri antibiotik qəbulu, əməliyyat, ağır xəstəlik, hətta koronavirusdan sonra, zərərli qidalanma və s.

Medicina.az disbakteriozun əsas əlamətlərini təqdim edir:

- qəbizlik və ya davamlı ishal
- nəcisdən pis qoxu
- Qarında yanma, ağrı, sancı
- Köp

- Üərkbulanma
- İştahsızlıq
- Göynəmə, qıcqırma
- Ağızdan pis qoxu
- Arıqlama
- Baş ağrısı

- Yorğunluq, əzginlik
- Dəridə qaşıntı, qızarma
- Allergik reaksiyalar


Diaqnozu nəcis analizi, USM ilə qoyulur, qastroenteroloq tərəfindən müalicə olunur. Zərərli mikrofloraya qarşı antibiotiklər, daha sonra pre və probiotiklər, bağırsaq təmizləyici preparatlar, dieta təyin olunur.