Bağırsaq xərçənginin qarşısını alan 5 əsas qida

  • 2022.11.16 18:19
  • 1759 Baxış
Bağırsaq xərçənginin qarşısını alan    5 əsas qida

Son zamanlar dünyada çox qeydə alınan qalın bağırsaq xərçəngi ilə öncədən mübarizə üçün rasionda bəzi qidalar olmalıdır.


“Medicina” xəbər verir ki, həkim qastroenteroloq, biotexnoloq Vladimir Pilipenko bağırsaq xərçənginə qarşı 3 əsas qrup qidaları açıqlayıb.


1-ci qrupa süd məhsulları aiddir.

Günə 200 ml təmiz süd və həftəyə 200 qram kəsmik qəbul etməyi tövsiyə edir.

Süddən hazırlanan pudinq, yoqurt və digər qidalar da uyğundir. Onlarda kalsium çoxdur, kalsium hüceyrələri qoruyur.

2-ci qrup – fermentləşdirilmiş qidalardır – qatıq, kefir, yoqurt.

Onları hər gün yemək lazımdır ki, bağırsaq mikroflorasında kanserogen maddələr toplanmasın.

3-cü qrup – liflə zəngin qidalar, daha çox çiy tərəvəz-meyvə.

Kələmin bütün növləri ən azı həftədə 200 qram yeyilməlidir.
Eləcə də probiotik təsirli istənilən qidaları çox yemək lazımdır.


Aygün Musayeva