Bağırsaqları evdə də müayinə etmək mümkün olacaq – Kameralı kapsul

  • 07 Apr 2021 17:44
  • 321 Baxış
Bağırsaqları evdə də müayinə etmək mümkün olacaq  – Kameralı kapsul



Britaniyada bağırsaq xərçənginin asan, tez diaqnostikası üçün insanları kolonoskopiyadan xilas edəcək yeni metodun sınaqları keçirilir.

Medicina.az xəbər verir ki, İngiltərədə bu metodla pasiyenti elə evdə yoxlamaq mümkün olacaq.
Bunun üçün balıq yağı kapsuluna oxşayan tableti udmaq kifayət edir.


PillCam adlı kamera tablet 2 sm-dir. Onun ötürücüsü pasiyentin belinə bərkidilən kəmərdə olacaq.
Xəstə kapsulu udur, o bağırsaqlarda 5-8 saat boyu qalaraq, gəzişərək, görüntüləri ötürücüyə göndərir. Daha sonra nəcislə xaric olur.


Yeni metod tibdə kapsul endoskopiyası adlanır. Hazırfda 11 min xəstə üzərində klinik sınağı keçirilir.
Bu metodla asanlıqla bağırsaq xərçəngi, poliplər, iltihabi xəstəlik, Kron diaqnoz edilə biləcək