Bağırsaqların sağlam olduğunu göstərən - 3 TEST

  • 2023.05.25 14:17
  • 2499 Baxış
Bağırsaqların sağlam olduğunu göstərən   -  3  TEST
Bağırsaq mikrobiomunu təşkil edən trilyonlarla bakteriya bədənimizə qida ilə daxil olur və həzmə kömək edir. Elmi araşdırmalar bakteriyaların çəkimizə və psixikamıza təsir edə biləcəyini sübut edib.


“Medicina” xəbər verir ki, qastroenteroloq Aleksandra Alisovanın sözlərinə görə, bu 3 test bağırsaqlarınızın nə dərəcədə sağlam olduğunu göstərəcək.

Birinci test:

Son altı ayda antibiotik qəbul etmisiniz?

Daha tez-tez antibiotik qəbul edirsiniz (ən azı ildə bir dəfə)?

Uşaqlıqda çoxlu antibiotik qəbul etmisiniz?

Proton pompası inhibitorları (mədə mühafizəsi həbləri) adlanan mədə turşusununun qarşısını alan dərmanlar qəbul edirsiniz?

Cavabların çoxu “ HƏ” olarsa, bağırsaq floranızın pozulma ehtimalı yüksəkdir. Çünki qeyd olunan dərmanlar bağırsaq mikroblarında geridönməz dəyişikliklərə gətirib çıxarır.


İkinci TEST:

Qida allergiyasından əziyyət çəkirsiniz?
Digər allergiya və ya neyrodermatitdən əziyyət çəkirsiniz?

Xroniki iltihablı bağırsaq xəstəliyindən (Crohn xəstəliyi, xoralı kolit) əziyyət çəkirsiniz?

Ətrafınızdakı insanlardan daha tez kökəldiyinizi hiss edirsiniz?

Siz qıcıqlanmış bağırsaq sindromundan əziyyət çəkirsiniz?

Cavabların çoxu Hə-dirsə, bağırsaq xəstəlikləri var.


Üçüncü TEST:

İşdə və ya şəxsi həyatınızda daimi stressdən əziyyət çəkirsiniz?

Evinizi təmizləmək üçün dezinfeksiyaedici vasitələrdən istifadə edirsiniz?

Tez həzm olunan karbohidratlara (xəmir, makaron, kəpəkli çörək əvəzinə yüngül çörək, şirniyyat) üstünlük verirsiniz?

Siz tez-tez fast food, hazır yeməklər və ya xüsusilə yağlı qidalar yeyirsiniz və ya sərinləşdirici içkilər (kola, limonad və s.) içirsiniz?

Bu kateqoriyada BƏLİ cavabını verdiyiniz suallar bağırsaqlarla bağlı problemlərin ola biləcəyini göstərir. Bəlkə də artıq başlayıb.

Aygün Musayeva