Bakı Dövlət Universitetinin professoru vəfat etdi

  • 2022.04.28 15:30
  • 3366 Baxış
Bakı Dövlət Universitetinin professoru    vəfat etdi

Bakı Dövlət Universitetinin (BDU) professoru vəfat edib.

Medicina.az xəbər verir ki, BDU-dan verilən məlumata görə, Filologiya fakültəsinin Rus ədəbiyyatı tarixi kafedrasının professoru Leyla Gərayzadə dünyasını dəyişib.

O, 1994-2011-ci illərdə BDU-nun XX əsr rus ədəbiyyatı tarixi və ədəbiyyat nəzəriyyəsi kafedrasında dosent, 2013-2016-cı illərdə Rus ədəbiyyatı tarixi kafedrasında professor əvəzi, 2016-cı ildən Rus ədəbiyyatının tarixi kafedrasının professoru vəzifələrində çalışıb.

L.Gərayzadə elmi-pedaqoji fəaliyyəti dövründə 120-dən çox elmi məqalə, 10-dan çox kitab, metodik göstəriş və proqramın müəllifi olub.