Bakı metrosunun daha bir əməkdaşı iş yerində öldü

  • 20 Apr 2022 14:05
  • 332 Baxış
Bakı metrosunun daha bir əməkdaşı iş yerində   öldü

"Bakı Metropoliteni" QSC-nin əməkdaşı, 1961-ci il təvəllüdlü Vamiq Həsənov ürəktutmadan vəfat edib.


Bu barədə Bakupost.az -a qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.


Onun sözlərinə görə, hadisə bu gün səhər saatlarında "28 May" stansiyasında baş verib: "Stansiyalara giriş aç

ılmazdan əvvəl süni qurğular təmirçisi V. Həsənov gecə növbəsindən işdən çıxarkən ürək çatışmazlığından dünyasını dəyişib. Onun ürəyində narahatlığı olub və bundan öncə infarkt keçirib".