Bakı üzrə koronavirusa yoluxma ən çox bu rayonlardadır - STATİSTİKA

  • 2020.05.15 17:30
  • 1903 Baxış
Bakı üzrə koronavirusa yoluxma ən çox bu rayonlardadır   - STATİSTİKA

Hazırda Azərbaycanda koronavirusa yoluxma faizi 47,8% olmaqla ən çox Bakı şəhərinin payına düşür. Daha sonra Gəncə-Qazax, Aran və Lənkəran bölgəsi gəlir.

Medicina.az xəbər verir ki, Bakıda ən çox yoluxma Yasamal rayonu 17% , Nəsimi rayonu 15% , Sabunçuda 14%, Binəqədi rayonunda 10,5% müşahidə olunur.

Bu rayonlarda bəzi müəssisələrdə kollektiv yoluxmanın payı olmuşdur.