Bakı zooparkında COVID-19 pasportu tələb olunacaq? - Açıqlama

  • 2021.10.09 14:22
  • 2324 Baxış
Bakı zooparkında COVID-19 pasportu tələb olunacaq? -  Açıqlama
IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə yenidən qurulan Bakı Zooloji Parkı qapılarını ziyarətçilərə açıb.

Medicina.az xəbər verir ki, parkın ilk ziyarətçiləri internat evlərindən və şəhid ailələrindən olan 450 nəfərə yaxın uşaq olub.

Parkın icraçı direktoru Nəzakət İsayeva jurnalistlərə bildirib ki, burada kassalar hər gün səhər saat 10-dan axşam 17:30-a kimi açıq olacaq. Onun sözlərinə görə, bu gün isə kassalar 15:00-dan açılacaq. Biletlərin qiyməti böyüklər üçün 5 manat, kiçiklər üçün 2 manat, şəhid ailələri üçün pulsuz, qazilər və övladları, I-II-III qrup Vətən müharibəsi əlilləri, şagird və tələbələr üçün güzəştli olacaq. Həmçinin 3 yaşa qədər uşaqlar isə pulsuz yararlana biləcəklər.

İcraçı direktor əlavə edib ki, zooparkın ərazisindəki qapalı məkanlara, akvaterrariuma və restoranlara girişdə COVID-19 pasportu tələb olunacaq:


"Ümumiyyətlə, zooparkın ərazisi iki dəfə böyüdülərək 4,25 hektara çatdırılıb. Parkda 125 heyvan növü var. Onlardan 62-si akvaterrariumdadır. Zooparkda "Qırmızı kitab"a düşən heyvan növləri də var. Nəsli kəsilməkdə olan heyvanların çoxaldılması və təbiətə buraxılması üçün gələcəkdə layihələr olacaq".