Bakıda 17 yaşlı qız eyvandan yıxılıb öldü

  • 2022.06.24 19:08
  • 2054 Baxış
Bakıda 17 yaşlı qız eyvandan yıxılıb öldü

Bakıda 17 yaşlı qız çoxmərtəbəli binadan yıxılaraq ölüb.

Medicina.az xəbər verir ki, Yasamal rayonu, Həsən Məcidov küçəsində yerləşən binada yaşayan 2005-ci il təvəllüdlü A.Salahova yaşadığı mənzilin eyvanından yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

İlkin məlumata görə, A.Salahova epilepsiya xəstəsi olub.

Faktla bağlı araşdırma aparılır. /qafqazinfo.az/