Hansı özəl klinikaya etibar edirsiz? - SORĞU

Bakıda 38 dərəcə isti var - Faktiki hava

  • 2025.08.02 11:24
  • 85 Baxış
Bakıda 38 dərəcə isti var -  Faktiki hava

Avqustun 2-si saat 10:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Medicina.az -a verilən məlumata görə, avqustun 2-si saat 10:00-a olan məlumatına əsasən ölkə ərazisində əsasən yağmursuz hava şəraiti davam edib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 38, dağlıq rayonlarda 30, Aran rayonlarında 38, Naxçıvan MR-da isə 40 dərəcəyədək isti qeydə alınıb.