Bakıda 4 yaşlı uşaq 10-cu mərtəbədən düşdü

  • 2022.09.02 17:09
  • 2123 Baxış
Bakıda 4 yaşlı uşaq 10-cu mərtəbədən düşdü


Bakıda azyaşlı faciəvi şəkildə ölüb.

Medicina xəbər verir ki, hadisə bu gecə saat 2 radələrində Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən "Qobu Park-2" yaşayış kompleksində baş verib.


10 mərtəbəli binanın 10-cu mərtəbəsində kirayədə yaşayan ailənin 4 yaşlı oğlu Məmmədov Nicat Elcan oğlu yataq otağının pəncərəsindən yıxılaraq ölüb.