Bakıda 8 yaşlı məktəbli intihar etdi

  • 2022.04.27 14:53
  • 2282 Baxış
Bakıda 8 yaşlı məktəbli intihar etdi

Ötən gün Bakı şəhər Nəsimi rayonunda məktəbli intihar edib.

Bakupost.az xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, İran İslam Respublikasının vətəndaşı, 2014-cü il təvəllüdlü N.R yaşadığı N.Şahbazov küçəsində yerləşən mənzildə özünü turnikdən asıb. Anası onu xəstəxanaya aparsa da, 8 yaşlı oğlanın həyatını xilas etmək mümkün olmayıb.

İlkin araşdırmalar zamanı gəlinən ehtimala görə, məktəbli oğlan sinif yoldaşı ilə problem yaşayıb.

R.N-in anası hadisədən əvvəl oğlunun ona sinif yoldaşının məktəbdə onu incitdyini dediyini bildirib. Bundan sonra azyaşlı mənzildəki oyun otağına keçib. Bir qədər sonra isə onun anası otağa daxil olub və 8 yaşlı övladının özünü asdığını görüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.