Bakıda ana uşağı yatırdıb özünü asdı

  • 2022.10.26 14:45
  • 1491 Baxış
Bakıda ana uşağı yatırdıb özünü asdı

Bakıda daha bir gənc qadın intihar edib.

"Medicina" xəbər verir ki, hadisə Suraxanı rayonu Qaraçuxur qəsəbəsi Etibar Bəkirli küçəsində qeydə alınıb.

35 yaşlı Aynurə Babayeva yaşadığı evdə özünü asıb.

Mərhum bir uşaq anası olub. 14 il əvvəl qadının həyat yoldaşı dünyasını dəyişib. İlkin məlumata görə, qadın gecə saatlarında, yeniyetmə övladı yatdıqdan sonra özünü öldürüb.

A.Babayevanın özünü hansı səbəbdən öldürdüyü hələlik bilinmir. Yaxınları onun heç bir probleminin olmadığını deyiblər.