Bakıda atasından zorakılıq görən qız - İntihara cəhd etdi

  • 2022.10.19 14:46
  • 2100 Baxış
Bakıda atasından zorakılıq görən qız   - İntihara cəhd etdi


Bakıda 18 yaşlı qız intihara cəhd edib.

"Medicina" xəbər verir ki, hadisə ötən gecə paytaxtın Nizami rayonunda baş verib.

2004-cü il təvəllüdlü E.Q. binanın 6-cı mərtəbəsinin eyvanına çıxaraq intihara cəhd edib. Hadisə yerinə cəlb edilən hüquq-mühafizə orqanlarının əməkdaşlarının köməkliyi ilə intihar cəhdinin qarşısı alınıb və 18 yaşlı qız polis bölməsinə aparılıb.

İlkin araşdırmalar zamanı o bildirib ki, 8 yaşından atası tərəfindən seksual xarakterli zorakılıq əməllərinə məruz qalıb və bu səbəbdən həyatına son qoymaq istəyib.

Faktla bağlı araşdırmalar davam etdirilir.