Bakıda atasını qətlə yetirən 15 yaşlı qız saxlanıldı

  • 2026.02.04 15:36
  • 212 Baxış
Bakıda atasını qətlə yetirən 15 yaşlı qız saxlanıldı

Fevralın 2-də 1977-ci il təvəllüdlü Rüfət Haşımova Nizami rayonu ərazisində yerləşən mənzillərdən birində yetkinlik yaşına çatmayan şəxs tərəfindən xəsarət yetirilməsi nəticəsində sonuncunun növbəti gün müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən Medicina.az -a bildirilib ki, cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Faktla bağlı Nizami rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işinin ibtidai istintaqı davam etdirilir.