Bakıda bu məktəb direktoru öldürüldü

  • 2024.02.13 18:00
  • 1052 Baxış
Bakıda bu məktəb direktoru öldürüldü


Fevralın 13-də saat 16:30 radələrində paytaxtın Xətai rayonunda 1972-ci il təvəllüdlü Əhmədov Mehman Əhməd oğlunun, 1977-ci il təvəllüdlü Əhmədova Bikə Bədəl qızının və 2015-ci il təvəllüdlü Əhmədov Məhəmməd Mehman oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.


DİN-in Mətbuat xidmətindən Bakupost.az -a bildirilib ki, ailə üzvlərini qətlə yetirməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Əhmədov Əhməd Mehman oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

Bikə Əhmədova Bakı şəhəri 59 nömrəli məktəbin direktoru vəzifəsində çalışıb.