Bakıda çörəkdən iynə çıxdı

  • 15 İyn 2022 15:21
  • 538 Baxış
Bakıda çörəkdən iynə çıxdı


Bakıda vətəndaşın aldığı çörəkdən iynə çıxıb.

Bakupost.az xəbər verir ki, bu barədə Oxu.az-a vətəndaş müraciət edib.

Bildirilib ki, “Nur” çörək zavodunun istehsal etdiyi məhsuldan iynə çıxıb.

Qeyd edək ki, yanvarın 7-i saat 16 radələrində paytaxtın Nərimanov rayonu, İ.Abışov küçəsində yerləşən “İsrafiloğlu” MMC-yə məxsus “Nur” çörək zavodunda bədbəxt hadisə baş verib.

Həmin gün orada fəhlə işləyən 1971-ci il təvəllüdlü Mətanət Həsənova zavodun istehsalat sexində xəmir qarışdıran qurğunun alt hissəsini təmizləyərkən həmin qurğunun digər işçi tərəfindən ehtiyatsızlıqdan işə salınması nəticəsində qolu qarışdırıcının arasında qalıb və almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.