Bakıda COVID-19-dan ölən direktor və müəllimlərin sayı AÇIQLANDI

  • 2020.12.29 13:00
  • 1781 Baxış
Bakıda COVID-19-dan ölən direktor və müəllimlərin sayı  AÇIQLANDI
Bakıda 1 direktor və 18 müəllim koronavirusdan vəfat edib.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin rəhbərləri ilə onlayn görüş zamanı BŞTİ-nin müdiri Mehriban Vəliyeva məlumat verib.

O bildirib ki, belə faciəli nəticələrdən qorunmaq üçün hər kəsin müvafiq qaydalara əməl etməsi zəruridir.