Bakıda daha bir məktəbli dərsdə öldü

  • 2022.12.22 16:20
  • 2166 Baxış
Bakıda daha bir məktəbli dərsdə öldü
Bu gün saat 13:00 radələrində paytaxtdakı 285 nömrəli tam orta məktəbin VII sinif şagirdinin səhhətində yaranan problemlə bağlı halı pisləşib.

"Medicina" xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib. Məlumata görə, məktəbin tibb işçisi tərəfindən dərhal həkim tövsiyəsinə uyğun olaraq müdaxilə edilib, ilkin tibbi yardım göstərilib.

Məktəb rəhbərliyi tərəfindən təcili tibbi yardım xidməti çağırılıb, şagirdin ailəsinə və hüquq-mühafizə orqanlarına məlumat verilib. Ancaq bunlara baxmayaraq, təəssüflər olsun ki, şagird təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılarkən yolda vəfat edib.

Məktəbli səhhətindəki problemə görə həkim nəzarətində olub.