Bakıda Dəhşət: - ana qızını bıçaqladı

  • 2026.01.14 17:04
  • 164 Baxış
Bakıda Dəhşət:    - ana qızını bıçaqladı


Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Medicina.az Teleqraf.az-a istinadla xəbər verir ki, hadisə Ramana qəsəbəsində qeydə alınıb.

Şuşa şəhərciyində yaşayan 1985-ci il təvəllüdlü Səbirə Ələkbər qızı Kazımova anası ilə mübahisə edib. Mübahisə zamanı S.Kazımova anası tərəfindən bıçaqlanıb. O, sol qolun və sinə nahiyəsinin kəsilmiş-deşilmiş xəsarətləri alıb. Yaralı xəstəxanaya yerləşdirilib. Cərrahi əməliyyat edilib.

Fakt Sabunçu Rayon Polis İdarəsi tərəfindən araşdırılır.