Bakıda III Milli Nefroloji, Dializ və Transplantologiya konqresi başlayır

  • 2022.06.01 15:10
  • 2227 Baxış
Bakıda III Milli Nefroloji, Dializ və Transplantologiya    konqresi başlayır


Azərbaycanda daha bir mötəbər tibbi konqres baş tutacaq.

Bakupost.az xəbər verir ki, Azərbaycan Nefroloqlar Cəmiyyətinin təşkilatçılığı ilə 2-4 iyun tarixlərində Bakıda Marriott Hoteldə keçiriləcək konqresdə Azərbaycan, Türkiyə və bir çox ölkələrdən həkimlər, alimlər çıxış edəcək.


Konresin fəxri prezidenti akademik Südeyf İmamverdiyev, prezidenti professor Fariz Babayevdir.

Konqresdə nefroloqlar, hemodializ mütəxəssisləri, transplantoloqlar üçün kurslar, məruzələr keçiriləcək. Bu sahələrdə elmin, tibbin son yenilikləri çatdırılacaq.

Xəbər verdiyimiz kimi, budəfəki konqresə Türkiyənin Başkent universitetinin və xəstəxanasının qurucusu, dünyaca məşhur alim, həkim, transplantoloq Mehmet Haberal da komandası ilə gələcək.