Bakıda internatda uşaq öldü

  • 2022.05.16 17:03
  • 1441 Baxış
Bakıda internatda uşaq öldü


Bakıda internat məktəbində ölüm hadisəsi olub.

Medicina.az xəbər verir ki, hadisə Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən ruhi-əsəb internatında qeydə alınıb.

7 yaşlı Vəliyeva Svetlana Vüqar qızı qəflətən dünyasını dəyişib.

Onun hansı səbəbdən öldüyü hələlik bilinmir.

Faktla bağlı araşdırma aparılır.