Bakıda intihara cəhd edən jurnalistin vəziyyəti barədə Məlumat

  • 19 May 2022 13:26
  • 593 Baxış
Bakıda intihara cəhd edən jurnalistin vəziyyəti barədə   Məlumat

44 günlük Vətən müharibəsi iştirakçısı, intihara cəhd edən jurnalist Nəsimi Şərəfxanlının vəziyyəti barədə yeni məlumat var.


Medicina.az məlumatına görə, Kliniki Tibbi Mərkəzin mətbuat katibi Elnur Hidayətoğlu oxu.az-a bildirib ki, xəstə ayın 14-ü mərkəzə yerləşdirilib:

“Çox ağır vəziyyətdə xəstəxanaya daxil olub. Hazırda vəziyyəti nisbətən yaxşılaşıb. Toksikologiya şöbəsində həkim nəzarətində saxlanılır. Həyati təhlükəsi yoxdur. Həkimlərin sözlərinə görə, şəxs sirkə turşusu içib”.

Qeyd edək ki, jurnalist N.Şərəfxanlı 1 saylı Şəhər Klinik Xəstəxanasının Toksikologiya şöbəsində müalicəsini davam etdirir.