Bakıda kişi öd əməliyyatına alındı: Narkozdan öldü - ŞİKAYƏT

  • 2021.07.14 10:31
  • 2195 Baxış
Bakıda kişi öd əməliyyatına alındı:  Narkozdan öldü - ŞİKAYƏT
Bakı şəhəri, Xəzər rayonunda yerləşən 26 saylı Birləşmiş Şəhər Xəstəxanasında ölüm hadisəsi baş verib.

Medicina.az xəbər verir ki, bu barədə ölən şəxsin oğlu Vüsal Hüseynov məlumat verib.

O bildirib ki, atası 56 yaşlı Həsənağa Həsənov həkim səhlənkarlığı nəticəsində vəfat edib:

“Dünən atam səhər öd daşı əməliyyatına girməli idi. Əməliyyat öncəsi bütün analizləri verdik, hər şey normal idi. Deyə-gülə əməliyyata saldıq. Heç 10 dəqiqə keçməmiş ölüm xəbəri gəldi”.

Şikayətçinin iddiasına görə, atası narkozun çox verilməsi səbəbindən vəfat edib:

“Narkoz verən həkimin adı da Esmiradır. Hadisədən sonra prokurorluq əməkdaşları gəldi, meyit yarıldı və ekpertiza edildi. Cavabın nə zaman çıxacağını bilmirik”.

Həkim Əziz Mərdiyev “Report”a bildirib ki, o, xəstəni əməliyyat etməyib:

“Əməliyyat otağına girdim ki, xəstə qaralıb, narkoz stolunda ölüb. Mən heç bir müdaxilə etməmişəm. Narkozdan sonra trombdan vəfat edib. Meyit ekspertiza tərəfindən müayinə olunub. Ölüm səbəbini onlar dəqiqləşdirəcək”.