Bakıda koronavirusla bağlı mətbuat konfransı keçirilir - CANLI YAYIM

  • 2020.03.13 17:19
  • 2759 Baxış
Bakıda koronavirusla bağlı  mətbuat konfransı keçirilir  - CANLI YAYIM

“Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertləri koronavirusla bağlı təhlil aparmaq üçün Azərbaycana gəlib”.

Medicina.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəliyində koronavirus pandemiyasına (COVID-19) qarşı Azərbaycan hökumətinə cavab və hazırlıq tədbirləri ilə bağlı dəstək göstərmək üçün gəlmiş missiyanın yekunlarına dair keçirilən mətbuat konfransında ÜST-ün Azərbaycan Nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.

O bildirib ki, ekspert qrupu Azərbaycan hökumətinin dəvəti əsasında gəlib:

“Altı nəfər gəlib. Bir həftə içində detallı hesabat hazırlanıb və Azərbaycan hökumətinə təhvil veriləcək”.