Bakıda mədəkiçiltmə əməliyyatı niyə fəqli qiymətədir? - Cərrahdan açıqlama

  • 2022.07.28 15:39
  • 5861 Baxış
Bakıda mədəkiçiltmə əməliyyatı niyə fəqli qiymətədir?   - Cərrahdan açıqlama



Bakıda bariatrik əməliyyatlar içində çəki atmaq üçün mədəkiçiltmə əməliyyatları çox dəbdədir.

Yüzlərlə insan bu yolla 120 kq-dan 70 kq çəkiyə enib. Bu əməliyyat həm də sağlamlıq üçün vacibdir.

Bir neçə il əvvəl bu əməliyyatın qiyməti 7-10 min manat arası dəyişirdisə, son zamanlar bu əməliyyat xeyli ucuzlaşıb.

Bəzən bir əməliyyatın müxtəlif həkimlərdə qiyməti fərqli olur.

Bakupost.az xəbər verir ki, Azərbaycan Bariatrik Cəmiyyətinin sədri, məşhur bariatrik cərrah Taryel Ömərov mədəkiçiltmə əməliyyatının qiymətinin necə tənzimləməsini açıqlayıb.

"Bariatrik metobolik əməliyyatlar müxtəlif növdədir, amma növündən asılı olmayaraq bu əməliyyatlarda bir neçə təkistifadəli alətlərdən istifadə olunur. Yəni həmin bahalı alət bir dəfə həmin xəstədə istifadə olunur və atılır.

Əməliyyatlarımızın xərcləri 3 səbəbdən asılıdır: əməliyyatın növü, istifadə olunacaq birdəfəlik alətlərin markasından, dəyərindən, istehsalçı firmasından asılı olaraq dəyişir.

Məsələn, mədəkiçiltmə əməliyyatı zamanı 2 qrup təkistifadəlik alətlərdən istifadə olunur. Bunların bəziləri dəyişilməzdir: bunlara harmonik skalper adlı mədəni piyliyindən ayıran alətlər, digərləri enerji alətləri, digərləri mədənin kəsilib tikilməsində rol oynayan cihazlardır.

Kartuşlar, stepler, tapançalarla mədəni kəsir.

Mədənin qalınlığından asılı olaraq, 4,18mm, 3,15 mm-lik təkistifadəli katuşlardan tikərkən istifadə edirik. Bir əməliyyatda 5-6 kartuş istifadə ediriksə, qiymət dəyişir. Bunlar nədə önəm daşıyır?

Bunlar çox keyfiyyətli olmalıdır. Biz əgər tikilmədə steplerimizə güvənməsək, o zaman əməliyyat standartdan kənar hesab olunacaq. Kartuş, stepler ucuz olduqda tikişlər təzyiqdən açıla bilər, qanama riski yaranır, bu da mədənin stepler xəttinin açılmasına səbəb olur. Təkrar əməliyyat oluna bilər.

Bütün bu alətlərin hər biri əməliyyatın məbləğinə daxil olur.

Biz ideal və brend markalı aləti ucuz və keyfiyyətsiz alətlə əvəz edib, əməliyyatın qiymətini azaldıb, bunu pasiyentlərə kompaniya, bayran endirimi, ucuz qiymət bizdə adı ilə təqdim edə bilmərik. Bunu insanlar bilməlidir.

Son 3 ildə başqa mərkəzlərdə ucuz qiymətlərlə əməliyyat olunub, mədəkiçiltmə edib, lakin arıqlamayan, müəyyyən fəsadlarla üzləşib, ikinci, üçüncü dəfə bizə müraciət edən pasiyentlərin sayı artır.

Təkrar eyni əməliyyata məruz qalan xəstələri gördükdən sonra biz bu barədə açıqlamaq məcburiyyətində qaldıq.

Beynəlxalq Piylənmə Federasiyasının protokoluna uyğun əməliyyat bu alətlərlə aparılmalıdır.

Cərrahlar mütləq keyfiyyətli alət seçməyə diqqət etməlidir. Keyfiyyətli alətlərin, avadanlıqların qiyməti qalxdıqca, əməliyyatların da qiyməti artır".