Bakıda nişanlı qız eyvandan özünü atdı

  • 2023.01.16 15:34
  • 2328 Baxış
Bakıda nişanlı qız eyvandan özünü atdı


Qaradağ rayonu, Lökbatan qəsəbəsi “Qobu Park-1” yaşayış massivində intihar hadisəsi qeydə alınıb.

Bakupost.az Oxu.az-a istinadən xəbər verir ki, Cəbrayıl rayon sakini olan Qabilli Samidə Habil qızı yaşadığı mənzilin eyvanından özünü ataraq intihar edib.

Əldə edilən məlumata görə, Samidə Qabillinin meyitinə baxış keçirilərkən üzərindən məktub aşkarlanıb.

Məktubda isə ölümündə heç kimin günahının olmadığı, atasının itkisinə dözməyərək intihar etdiyi öz əksini tapıb.
Həmçinin intihar edən şəxsin nişanlı olduğu, yaxın günlərdə toyu olacağı da bildirilir.

Hadisə ilə bağlı araşdırma aparılır.