Bakıda oğlan sevdiyi qıza görə intihar etdi

  • 2022.04.21 17:57
  • 3577 Baxış
Bakıda oğlan sevdiyi qıza görə   intihar etdi

Bakıda intihar hadisəsi baş verib.

Medicina.az xəbər verir ki, “Kriminalqafqaz”ın məlumatına görə, 1998-ci il təvəllüdlü Araz Xəlilov aprelin 20-də özünü Binəqədi rayonu Biləcəri qəsəbəsində yerləşən “UTÇ” adlanan avtomobil parkının ərazisində asıb. Onun asılı vəziyyətdə qalmış meyiti istehsalat bazasındakı təmir emalatxanasında aşkarlanıb.

İlkin araşdırmalar zamanı Ucar rayon sakini olan 24 yaşlı şəxsin sevdiyi qızın onunla evlənmək istəməməsi səbəbindən intihar etməsi üzə çıxıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.