Bakıda özəl klinikada dəhşət: Xəstəni səhv müalicə ilə bu hala saldılar- Qarabağ əlilinin ölüm səbəbi

  • 2020.08.03 14:21
  • 8587 Baxış
Bakıda özəl klinikada dəhşət: Xəstəni səhv müalicə ilə bu hala saldılar - Qarabağ əlilinin ölüm səbəbi
“2700 manatımızı depozit kimi alıb, gərəksiz analiz, müayinə və müalicələrlə o pulu silməklə məşğul oldular”

"HB Güvən Klinikası"nda yanlış diaqnozla müalicə edilən birinci qrup Qarabağ əlili Dağbəyi Məmmədov qısa müddətdə vəfat edib.

Medicina.az xəbər verir ki, bu barədə mərhumun oğlu Zamiq Məmmədli məlumat verərək, klinika və həkimdən şikayət edib.

“"HB Güvən Klinikası"nın başımıza açdığı oyunu siz də oxuyun... "Doktor" bilib güvəndiyim Vasif İsmayılın tövsiyyəsi ilə halsız vəziyyətdə olan atamı işlədiyi "HB Güvən Klinikası"na apardıq. Müayinələr üçün 2700 manat pul ödəməyimi istədilər, ödədim.

Atamı "EGE Hospital" KT müayinəsindən keçirdik, sonra "HB Güvən"ə apardıq. "EGE Hospital"da KT müayinəsində onkoloji şübhə görməmişdi və deməli, həm bu klinika, həm "HB Güvən"dəki həkimlər ağciyərlərdə sətəlcəm aşkarlamaqla ciddi səhvə yol vermişdilər.

15 iyunda "sətəlcəm" adıyla "müalicə" edib daha da ağırlaşdırdılar. Dedik, bəlkə onkomarkerlər də verilsin? Dedilər yox, lazım deyil. Qan analizi normaldır.

"HB Güvən"də yazılan ağır dərmanlar (təxmini 200 AZN də "HB Güvən"in həkimi Nazxanım Qasımovanın yazdığı dərmanlara ödəmişdik) mədəsindəki yaraları deşib, qanaxma verdi. Artıq ağzından qan gəlirdi. Atam xəstəxanaya daxil olan gündən 1 həftənin içində çox geriləmişdi.

"HB Güvən Klinikası"nın yazdığı müalicəni dayandırdıq. Həkimi dedi ki, mənlik deyil.

20 iyunda atamı "HB Güvən Klinikası"ndan çıxardıq. Onu Onkoloji instituta apardıq, orda müəyyən etdilrər ki, onda mədə xərçəngi var və metastaz verib. Atam 26 iyulda vəfat etdi.

"HB Güvən"dən heç olmasa, üzürxahlıq istədim, həkimi Nazxanım Qasımova, Mansur adlı baş həkimə, Rəşad Zeynalov adlı direktorlarına dəfələrlə yazdım, cavab gəlmədi. Axırda da dedilər, get hara istiyirsən şikayət elə. Hazırda məhkəməyə iddia ərizəsini hazırlayıram. Ora xəstəxana deyil, qəssabxanadır!

Həmin o klinikada 1 həftə ərzində sadəcə ağrıkəsicilər verilib, nəyə görəsə revmatizm, sidiyin-qanın ümumi analizini dəfələrlə götürüb damarını deşik-deşik etmişdilər. Adicə natrium-xlorid sistemi qoşaraq, ödədiyim depoziti silməklə məşğul olublar...

Mən soruşdum kii, 2700 manata nə edilib? Niyə bu ağırlaşdı? Cavab verən olmadı.
"HB Güvən Klinikası" isə pul qazanmaq üçün atama "sətəlcəm" deyib 1 həftə boyunca pul yemək üçün sadəcə ona işgəncə verib.

Atamı 15-20 iyun arası yəni 1 həftə "HB Güvən Klinikası"na yerləşdirdik. İlk və son çıxış vaxtının vəziyyətinə şəkillərdə baxın”.

Qeyd edək ki, klinika hazırda faktı araşdırıb, açıqlama verəcəyini yazıb. Şikayətçi isə klinikanı məhkəməyə verməyə hazırlaşır.