Bakıda qız atasına qaraciyərindən pay verdi

  • 2024.04.05 14:18
  • 734 Baxış
Bakıda qız atasına qaraciyərindən    pay verdi
Sirroz xəstəsi olan kişi qızının donorluğu ilə həyata qaytarılıb.

"Medicina" xəbər verir ki, transplantoloq Tariyel Nadirov ciddi ağırlaşması olan xəstənin əməliyyatı uğurlu olub.


"Portal vena trombozu (Yerdel klassifikasiyası Grade 3), eyni zamanda sirrozun yaratdığı ciddi ağırlaşmaları olan xəstənin əməliyyat zamanı portal venası tam açılaraq normal qan axını bərpa edilib:

Əməliyyatdan 4 gün sonra donoru evə göndərdik, hər şey yolunda gedərsə yaxın günlərdə xəstəni də evə göndərməyi planlaşdırırıq".
Qeyd edək ki, sirrozlu xəstələrin 25-30 % də portal vena trombozu rastlanır.


Aygün M