Bakıda tələbə faciəvi şəkildə öldü

  • 2025.12.16 15:02
  • 123 Baxış
Bakıda tələbə faciəvi şəkildə öldü


Azərbaycan Turizm və Menecment Universitetinin IV kurs tələbəsi yaşadığı binanın 10-cu mərtəbəsindən yıxılıb.

Medicina.az xəbər verir ki, hadisə Yasamal rayonu Şərifzadə küçəsindəki çoxmərtəbəli binada qeydə alınıb.

Həmin binada kirayə yaşadığı bildirilən 2004-cü il təvəllüdlü Şirvan sakini Ağa Anar oğlu Əhmədov hadisə yerində ölüb.

O, universitetin “Turizm və qonaqpərvərlik” fakültəsində tərcümə ixtisası üzrə təhsil alırmış.

MEDİCİNA.AZ