Bakıda usta iş yerində öldü

  • 2026.06.16 15:48
  • 113 Baxış
Bakıda usta iş yerində öldü


Bakıda usta işlədiyi emalatxanada ölüb.

Medicina.az xəbər verir ki, , hadisə iyunun 15-də saat 16 radələrində Xocəsən qəsəbəsində yerləşən taxta emalatxanasında qeydə alınıb.

Orada çalışan 1982-ci il təvəllüdlü Ağsu sakini – Balakişi Hacıyevin üzərində zorakılıq əlamətləri görünməyən meyiti tapılıb.

İlkin ehtimala görə, o, ürək çatışmazlığından vəfat edib.

Faktla bağlı araşdırmalar aparılır.