Bakıda xurmanı tumları ilə yeyən qadının mədəsi daşlaşdı - Şok görüntü

  • 2022.01.07 18:01
  • 6036 Baxış
 Bakıda xurmanı tumları ilə yeyən qadının mədəsi daşlaşdı -  Şok görüntü
Bakıda 35 yaşlı qadın mədəsində kəskin ağrı və qanaxma ilə klinikaya müraciət edib.

Medicina.az xəbər verir ki, onun mədəsində daşlaşmış kütlə aşkarlanıb. Tibdə bezoal adlanan bu kütlə müxtəlif yığnaqlardan əmələ gəlir. Bu xəstədə adi yapon xurmasının tumlarından yaranmışdı.

Qastroenteroloq həkim Həcər Ağakişiyeva qastroskopik müayinə zamanı xəstənin mədəsində daşlaşmış kütlə, xora aşkar edib.

Həkim medicina.az-a açıqlamasında xəstənin ağır durumda olduğunu bildirdi.

“Pasiyent xurmanı tumları ilə birgə yeməyi xoşlayırmış. Təxminən 1 ilə yaxın idi ki, tumlar orda yığılıb daşlaşmışdı. Mədədə xora və qanaxma yaratmış, nəticədə xəstədə kəskin qanazlığı, hemoqlobin kritik həddə düşmüşdü. Dəhşətli ağrı və qanaxma ilə ilk öncə dövlət xəstəxanasına aparılıb, orda təcili mədənin kəsilib götürülməsi əməliyyatı deyiblər.

Lakin o, mədəsini itirmək istəmədiyindən, bizə müraciət etdi. Endoskopik müayinədə bezoarı, xoranı təyin etdik. İlk öncə müalicə yazdıq, qanama dayandı, vəziyyət bir az stabilləşəndən sonra endoskopik olaraq təxminən 35-40 tumdan ibarət kütləni parçalayaraq çıxartdıq.


Təcrübəmdə xurma tumlarından daşlaşma ilk dəfə görsəm də bu xurmanın mədə-bağırsaqda belə tıxanmalar yaratması görülüb. Ona görə də xurma sevənlər bir qədər ehtiyatlı olmalıdır, bu meyvəni çox sayda və tumları ilə yemək olmaz. Xəstənin xorasını da müalicə etdik. Hazırda mədəsində problem yoxdur, qanazlığı da aradan qalxıb”.




 Bakıda xurmanı tumları ilə yeyən qadının mədəsi daşlaşdı -  Şok görüntü